Məzahir Pənahov: “Sosial şəbəkələrdə namizədlərin təşviqatının nəzarətdə olmaması seçkidə xüsusi fəallığa səbəb oldu”
10.02.2020

“Məcburi köçkünlərin seçkilərdə konstitusion hüquqlarından istifadə etməsinə çalışmışıq”.

Visiontv.az-ın verdiyi xəbərə görə, bunu Milli Məclisə keçirilən seçkilərlə əlaqədar təşkil edilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

M. Pənahov deyib ki, 1314 deputatlığa namizəddən 246 nəfəri partiyaların siyahıları ilə irəli sürülüb: “Seçkilər dövründə MSK-ya cəmi 47 müraciət olub. Bu müraciətlərin yalnız 25-i qeydiyyatla bağlı olub. Seçkilərdə qeydiyyat mərhələsində elə bir gərginlik hiss olunmayıb”.