Metronun qarşısından hərəkət edəcək əlavə avtobuslar xəttə buraxılır
01.09.2020

Səhər və axşam pik saatlarında sərnişin axınını idarə etmək məqsədi ilə tələbat olan istiqamətlərdə əlavə sayda avtobuslar cəlb edilir.

Visiontv.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. 

Onun sözlərinə görə, metronun “Nizami”, “Elmlər Akademiyası” və “İçəri şəhər” stansiyaları ətrafındakı dayanacaqlardan sərnişinlərin daşınması üçün 12 və 18 metrlik “BakuBus” avtobusları hazırdır.