“Meta”nın gəlirləri azalıb
28.07.2022

Amerikanın “Meta” korporasiyasının rüblük gəliri ilk dəfə olaraq ötən ilin eyni dövrü ilə müqayisədə aşağı olub.

Visiontv.az xəbər verir ki, rübün sonunda şirkətin ümumi gəliri 28,822 milyard ABŞ dolları təşkil etdiyi halda, ötən ilin eyni dövründə bu rəqəm 29,077 milyard ABŞ dolları təşkil edib.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 36% azalaraq 6,687 milyard ABŞ dolları təşkil edib. Şirkətin maliyyə departamenti bu azalmanı reklama tələbinin zəif olması makroiqtisadi qeyri-müəyyənlik səbəbindən izah edib.

Üçüncü rübdə şirkət regionda 26-28,5 milyard ABŞ dolları arasında gəlir rəqəmlərinə nail olmağı gözləyir.