Məşhur həkim qozun cinsəl həyata təsirini açıqladı
09.10.2019

"İnsanlarda qoz-fındığın ehtirası artırması barədə səhv fikir var. Adətən yeni seks həyatına başlamış kişilərə, ya da uşağı olmayanlara qoz-fındıq yeməyi məsləhət görürlər. Ona görə yox ki, qoz ehtirası artırır. Ehtiras libido testosteron səviyyəsi ilə bağlıdır".

VisionTV.az   xəbər verir ki, bu sözləri tanınmış anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib.

"Kişilər hər dəfə cinsi münasibət zamanı sperma ilə çoxlu selen itirirlər. Nəticədə selen çatışmazlığı kişidə spermatozoid disfunksiyası, spermatozoid hərəkətliliyinin azalması isə depressiya yaradır.

Kişilərin depressiyası selen çatışmazlığı ilə əlaqədardır. Bunun partnyorunu sevməməklə əlaqəsi yoxdur. Təzə evlənənlər bəzən evləndiklərinə peşman olur. Yarana biləcək bu peşmançılığın kefsizliyin, depressiyanın profilaktikası kimi zərərçəkmişlərə selen mənbəyi olan qoz-fındıq yeyilməsi məsləhət görülür", - o bildirib.(Publika.az)
 


Məşhur həkim qozun cinsəl həyata təsirini açıqladı