ABŞ prezidenti Donald Tramp: “Merilenddə 500 min qanunsuz poçt bülleteni göndəriblər və yaxalanıblar.”
Onun sözlərinə görə, indi daha 500 min poçt bülleteni göndərmək istəyirlər, lakin ilk göndərilən 500 min bülletenin taleyinin necə olduğu bilinmir.
Tramp bildirib ki, bu bülletenlərin əksəriyyəti demokratlara göndərilib və buna görə də Merilenddə seçkiyə qatılan istənilən respublikaçının qələbə şansı yoxdur.
ABŞ prezidenti qeyd edib ki, buna ştatın “korrupsioner qubernatoru” Ues Mur şərait yaradıb. Trampın sözlərinə görə, məqsəd demokratların qələbəsini təmin etmək olub.
“O mənə heç vaxt məntiqli gəlmirdi ki, Merilend avtomatik olaraq demokrat ştatı hesab olunur, amma indi bunun səbəbini anlayıram. Əminəm ki, bu illərdir davam edir.”
Tramp əlavə edib ki, ABŞ-ın baş prokurorundan və Ədliyyə Nazirliyindən bu məsələ ilə bağlı dərhal araşdırma başlanmasını tələb edəcək.
visiontv.az