Mən seçicilərimin problemlərini hətta Baş nazir səviyyəsində qaldırmışam-MÜSAHİBƏ
26.05.2021

Visiontv.az saytında "Deputat kürsüsü" rubrikası çərçivəsində gənc millət vəkilləri ilə mütamadi müsahibələr təşkil edəcəyik. Bu günkü müsahibimiz Biləsuvardan seçilən millət vəkili Bəhruz Məhərrəmovdur.

-Bu gün Milli Məclisdə gənc deputatalar çoxdur. Amma gənc insanın cəmiyyətin hörmətini qazanması, söz sahibi olması kimi problemləri olur. Camaatın dərd-sərinə yaramaq, hörmətini qazanmaq heç də asan məslə deyil. Siz də gənc deputatsınız. Hansı keyfiyyətlərinizə görə Biləsuvar camaatı sizi tanıdı, dəyərləndirdi və deputat seçdi? Nə dediniz onlara ki, camaat inandı sizə?
-Açığı adamın öz keyfiyyətlərini sadalaması çətin olur. Namizədliyim  qeydiyyata götürüləndən, təbliğat və təşviqat prosessi başlayandan sonra Biləsuvardan namizədliyini vermiş şəxslərdən yeganə olaraq mən kəndlərin hamısını bir-bir gəzdim. Bəzi iri kəndlərdə hətta 3 dəfə oldum. Tam səmimi olaraq deyirəm ki, biz hər gün qapı-qapı gəzdik, camaatla söhbətlər etdik, dərd-sərlərini dinlədik. Seçki günündə də sağ olsun Biləsuvar camaatı gəlib öz mövqeyini bildirdilər. Təqribən 54 faiz səslə mən qalib gəldim. Tam məsuliyyətimlə bildirirəm ki, seçicilərimin səsini qazandım. Təbliğat-təşviqat vaxtı mən seçicilərimə bildirdim ki, deputat gəlib sizə işıq, qaz və s çəkməyəcək. Bizim vədimiz bu idi ki, biz seçicilərimizin vəkili olacağıq, onların hüquqlarını qoruyacağıq. Düşünürəm ki, parlament boyunca mən dəfələrlə Biləsuvarın problemlərini gündəmə gətirmişəm. 

-İllərdir əksər deputatlarda belə bir vərdiş var. Millət vəkili seçilən kimi seçiciləri yaddan çıxrı. Siz Biləsuvarı hələ yaddan çıxartmayıbsınız ki? 
-Mən hər ay ən pis halda 1 dəfə rayonda oluram. Orada bizim deputat ofisimiz var. Mən həmin ofisdə qəbul keçirdirəm. Yəni qəbulda əvvəlcədən yazılı mraciət edənlərlə görüş keçirilir. Bununla yanaşı hər ay iki kənd götürülür və görüşümüz barədə elan verilir.  Təbii ki, hər kəsin interneti yoxdur, müəyyən qədər məlumatsız ola bilərlər. Lakin mən bacardığım qədər kəndin bütün küçələrini başdan ayağa gəzirəm. Bir daha deyirəm populizmə qaçmaq lazım deyil. Sadəcə mən gördüklərimi çatdıran adamam. Problemi görüb yerli orqanlarla müzakirə edirəm. Bu yaxınlarda bir şəhid anası müraciət edib ki, biz bura bayraq vurmuşduq daha sonra işıq idarəsi gəlib bayrağı söküb. Bunun da səbəbi o idi ki, bayrağı betonsuz, dirəksiz vurmuşdular. Baxmayaraq ki, xırda məsələ idi. Biz bunu yerli orqanlar arasında həll etdik. Təbii ki, böyük məsələrlə olduqda biz bunu sıra ilə aidiyyatı qurumlara çatdırırıq. Bu mənada onu deyə bilərəm ki, Biləsuvar heç vaxt yaddan çıxmayıb. Mən özüm bu rayondan olmasam da özümü Biləsuvarlı hesab edə bilərəm. Bir mənalı olaraq sosial şəbəkləri izləyə bilərsiniz ki, hər səfərimizdə ən azı iki kəndə görüşümüz olur. Bu görüşlər səyyar gəzərək həyata keçirilir. Kəndlərdə olanda biz əkin, suvarma sahələrinə baş çəkirik. Orada olan probemləri mən parlamentdə də qaldırıram. Yəni səaliyyətimiz çərçivəsində çalışırq ki, bizə müraciət edənlərin problemlərini həll edək. Hətta elə məqamlar olur ki, problemin  həlli  üçün biz öz şəxsi münasibətlətimizdən istifadə edərək məsələni həll etməyə çalışırıq. Məsələ həll olunduqda da xüsusi təşəkkürümüzü bildiririk.
- Prezident Biləsuvara gənc icra başcısı təyin etdi. Adətən millət vəkilləri seçicilərinin yox, icra başçılarının dostu olur. Sizin yeni başçı ilə münasibətiniz necədir? 
-Bildiyiniz kimi bizim səlahiyyətlərimiz konstitusiya ilə müəyyən olunub. İcra hakimiyyəti və qanunvericilik orqan tamamilə fərqli istiqamətdə fəaliyyət göstərir. O ki, qaldı yeni təyin olunmuş icra başçısına onunla münasibətlər kifayət qədər normaldır. Bizim işgüzar münasibətlərimiz var. Hər dəfə rayona səfər etdikdə böyük məmuniyyətlə görüşürük. İmkan olduqda hətta oturub bir stəkan çay da içirik. Dediyim ki, kifayət qədər normal münasibətlərimiz var. Bir-birimiz anlayırıq, təkliflərimizi qəbul edirik. Müsahibəyə gəlməmişdən oncə icra başçısı ilə bir məsələni müzakirə edirdik. Mən istəyirəm ki, Biləsuvarda parlament bağı salım. Mən icra başçısından müvafiq torpaq sahəsinin ayrılmasını xahiş etdim. Hətta özüm istəyən yerdən torpaq sahəsinin ayrılmasını xahiş etdim. İcra başçısı da təklifi dəstəkləyərək bildirdi ki, bağda salınacaq ilk 125 ağaca o verəcək. Deyə bilərəm ki, yeni icra başçısı kifayət qədər mövzulara, dinləmələrə açıq olan bir insandır.
-Siz vətəndaşın vəkilisiniz. Bəs vətəndaşın problemlərini başçı ilə görüşüb həll edirsinizmi?
-Bizim qarşımızda qaldırılan məsələri səaliyyətimiz çərçivəsində cavab veririk. Ən pis halda yox cavabını əsaslandırıb deyirik.  Mən ümumiyyətlə xahişlə, minnətlə iş görmürəm. Mən gördüyüm bütün işləri məktubla müraciət edirəm və rəsmi cavabımı alıram. Lakin elə məsələlər var ki, onları müzakirə edirik. Məsələn bizim bir şəhidimiz var. Onun qardaşı əvvəl müəyyən səbəblərdən vəfat edib. Həmin şəhid ailəsi xahiş edir ki, şəhidin qardaşının məzarı dövlət hesabına gətirilib həmin şəhidin yanında dəfn edilsin. Biz bunu şifahi olaraq telefonla danışıb razılaşdıq. Lakin daha böyük məsələlər olur ki, biz bunu yalnız rəsmi şəkildə yazmaqla rəsmi cavabımızı alırıq.  Konkret olaraq problemin həllini axtarırıq.
-Milli Məclisdən biraz danışaq. Milli Məclisdə dedovşina yoxdur ki? Stajlı deputatlar gənc deputatlar üzərində hökümranlıq etmirlər?
- Maraqlı sualdır. Düşünürəm ki, bu yoxdur. Açığı pandemiyada imkan vermədi ki, o mühit yaransın. Amma deyim ki, çox böyük ünsiyyətim var deyə o da yoxdur. Amma əvvəlki deputatların hansınınsa təcrübəsinə ehtiyyac olubsa, əl atıblar işimizə. 
-Deməli hansısa formada təsir edirlər?
Aydın məsələdir kömək eləməyə əl atıblar. 
Qətiyyən dediyiniz halnan rastlaşmamışam. Ümumiyyətlə ağlıma da gəlməyib. 

Müharibə başlayan gün Xətai Hərbi Komisarlığında qeydiyyata düşdüm

-Müharibədə iştirak etmək, ölmək və öldürmək gənc işidir. Yəni daha çox savaşda gənclərin gücündən, potensialından istifadə edilir. Siz 44 günlük müharibədə həm gənc kimi, həm də deputat kimi hansı fəailiyyətləriniz oldu?
Müharibədə dövlətə ən böyük dəstək hər kəsin öz üzərinə düşdüyü vəzifəsni layiqincə görməsidir. Deputat olaraq mən dünyanın bir neçə media orqanında çıxışlar etdim. Həmçinin yerli təbliğat və təşviqat prosesində kifayət qədər iştirak etdim.  Eyni zamanda şəhidlərin dəfn mərasimlərində fəal oldum. Şəhid ailərlərinin yanında olduq. Mümkün qədər şəhid ailərlərini öz təsəllimizi verdik.  Sorğu verib öyrənə bilərsiniz. Müharibə başlayan gün Xətai Hərbi Komisarlığında qeydiyyata düşdüm. Bu addımı vətəndaş olaraq atdım. Bilirsiniz mən İraqda sülhməramlılarda hərbi xidmət keçimişəm. Silah-sursat, müharibə nədir bunların hamısını çox yaxşı bilirəm. Düşünürəm ki, ən azından vətədandaş olaraq mənəvi cəhətdən bu yükü özümdən azaltmış oldum.
-Müharibəni udduq, Bakıda parad, Şuşada atəşfəşanlıq oldu. Bəs Xankəndi, Xocalı, Ağdərədə nə vaxt atəşfəşanlıq edə biləcəyik?
-Xatırlayırsınızsa Tovuz döyüşləri ərəfəsində bizlərdən bəziləri qəti şəkildə deyirdilər ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsini həll edə bilməyəcək. Onlar hamısı pafosdur və s. Lakin nəticə ortadadır. Adam dedi edəcəyəm və etdi. O cümlədən bu gün də biz deyiriksə statustan söhbət gedə bilməz və bunu əminlilə deyiriksə və nəzərə alsaq ki, Azərbaycan məğlub ölkə deyil, 6-cə nəsil silahla qalib gəlmiş Azərbaycandır. Bunların fonunda Prezident deyirsə ki, status olmayacaq, deməli Xankəndi, Ağdərə, Xocalı ilə bağlı da xüsusi danışmağa ehtiyyac yoxdur. Mən düşünürəm ki, adaptasıya dövrü üçün mühit soyumalıdır. Sadəcə olaraq həmin ərazilərdə rus sülhməramlısı var. Orada müəyyən ab-hava var. Lakin bunlar tədricən ötüb keçəcək. Mən tamamilə səmimi deyirəm Azərbaycan suvernliyini tam bərpa elədi. 
-Ermənilər sərhədlərin delimitasiya məsələsində ciddi problemlər yaradırlar. İnad edirlər. Sizcə bu məslədə növbəti hərbi qarşıdurma mümkündürmü? Yoxsa diplomatik yolla bu problem çözüləcək?
-Güc nümayişi sınanmamış güclər arasında olur. 44 günlük müharibədə Azərbaycan və Ermənistanın nəyə qadir olduğu hamıya bəlli oldu.  Hazırda ordumuzun geniş miqyaslı təlimlər keçirməsi, sərhədçilərimiz tərəfindən sərhədə yaxınlaşan ermənilərin ərazidən uzaqlaşdırılması kifayət edir. Erməniləri bu məqamda başa düşmək lazımdır. Yəni onlar illərdir aldadılıb ki, biz qalibik, bizə qalib gələn olmayacaq. Onlar illərdi elə bilirdilər ki, Azərbaycan zəifdir. Lakin hazırda ermənilər elə psixologi gərginlik keçiriblər ki, xalq öz acısını hardansa çıxartmaq istəyir o cümlədən sərhəd ərazisində həmin prosesə mane olmaq cəhdi ilə. 
-Biz Rusiyaya, İrana, Fransaya dost deyirik. Ən azından demək istəyirik. Onlar isə erməniyə dost deyir. Düşmənimizin dostuna bizim dost deməyimiz sizcə məntiqlidir?
-Dövlət siyasəti çərçivəsində Azərbaycanın tutuduğu xətt hesab edirəm ki, yetərlidir. Biz nə İrana, nə Rusiyaya və digər ölkələrə kimi dostu kimi düşmən seçməsinə qarışa bilmərik.  Biz dostcasına nəyisə qınaq edə bilərik. Tutaq ki, 30 il məsciddə donuz saxlanılırdı, niyə səsin çıxmırdı deyə qınaq edə bilərik. Lakin onların daxili işlərinə qarışa bilmərik. Amma vətəndaş cəmiyyəti olaraq  ayrı-ayrı siyasi partiyalar, siyasətçilər bu istiqamətdə təpkilərin verməsi lazımdır. Amma bu dövlətin mövqeyini ifadə etməməlidir. Biz düşmənimizin yürütdüyü siyasəti necə dost siyasətinə çevirməyini düşünməliyik.  Dost olmasa belə vuracağı zərəri minimuma endirməliyik.
-Iran parlamentinin Xarici Siyasət komitəsinin sədrinin Azərbaycan barəsində sərt fikirləri oldu.
Düşünürəm ki, bu məsələ ilə bağlı açıqlamalar verildi, veriləcəkdə. Sadəcə bu məsələni bir balaca zamana buraxmaq lazımdır. Amma kifayə qədər sərt cavablar verildi. 
- İranın yük maşınlarının Laçın dəhlisinzdən Qarabağa yük daşımalarını da deputatlarımız sükütla qarşıladı
Əslində deputat xalqın fikrinin ifadəçisidir. Bir daha demək istəyirəm ki, biz spesifik durumdayıq. Müharibədən yenicə çıxmışıq. Mümkün qədər  düşmənləri dosta çevirmək siyasəti aparmalıyıq. Mümkün qədər əlavə səs-küy yaradılmamasının tərəfdarıyıq. Amma istənilən halda bizim son nəticəmiz, hədəfimiz bəllidir. Burada əsas məqsədimiz hədəfə çatmaqdır. 

İllərdi Azərbaycanda məmur korpusu olub ki, vətəndaşı yaxına buraxmayıb. 

- 2 ildir ki, ciddi kadr islahatları aparılır. Sizi qane edir vəzifəyə təyin olunan kadrlar? Son vaxtlar təyin olunan gənc kadrların da işə yaramadığı fikri tez-tez səsləndirilir. 
Biz ilk olaraq kimdən nə istədiyimizi konkretləşdirməliyik. Məsələn mən həmişə deyirəm ki, xəstələnib polisə getmək olmaz. Xəstə həkim axtarar.  O mənada kim hansı işə məsuldur, hansı işə cavabdehdir həmin kadrları orada axtarmaq lazımdır. Bəli olsun ki, səhvlərə kim yol verir. Sizə bir misal çəkim. Bizdə bir su ambarı var ki, illərdi təmir olunmur. Mən bu məsələni hökümət qarşısında, Baş nazir səviyyəsində xahiş etmişəm ki, təmir olunsun. Bununla yanaşı digər aidiyyatı qurumlara da müraciətlər edilib. İndi təsəvvür edin mən kimisə necə tutub deyə bilərəm ki, buranə təmir elə. Və yaxud da mən necə sübüt etməliyəm ki, Biləsuvarda olan təmir işləri digər rayonlardan daha öndə olmalıdır. Mənim işim əlaqəli qurumlara problemi çatdırmaqdır. Yəni bu mənada gözləntilərimiz də aydın olmaldır. Burada bir məsələdə təəsüf doğurur ki, cəmiyyətdə də bir az kin var. Bu da nə ilə bağlıdır?  İllərdi Azərbaycanda məmur korpusu olub ki, vətəndaşı yaxına buraxmayıb. Elə tutulan icra başçılarında biz bunu gördük. Caamat acından ölür onun evindən paçka-paçka pullar çıxır. Yəni buna münasibətdə caamatda da bir aqresiya var. Bütün bunlar üst-üstə gələndə fərqinə varmadan hər şey pisdi deyə düşüncə ortaya çıxır. Son illər həqiqətən ciddi islahatlar gedir. İslahatlarda nəticə günü sabah vermir. Bu gün təhsil nazirinin atdğı addımları bəlkə də 5-10 ildən sonra bəhrəsini verəcək. Yəni biz tarlada məhsul yetişdirmirik ki, meyvəsinə baxıb bir il ərzində qiymət verək. Bu proseslər uzun müddətli olur.
-Çox vaxt nazirliklər, icra strukturları millət vəkillərini ciddiyə almır, belə demək mümkünsə onların fikirlərini saymırlar.
Açığı mən bununla razılaşmıram. Şəxsən mən dəfələrlə nazirlərlə görüşmüşəm, fikir mübadiləsi aparmışıq. Razılaşdığımız və ya razılaşdırmadığımız məsələr olub. Bu bir başqa məqam. Lakin indi ad çəkmək istəmirəm mən özüm bir neçə nəfərə zəng etmişəm cavab verməyib. Amma indidən mən böyük inciklik fırtınası yaratmaq istəmirəm. Mənim özümə gündə çoxlu zənglər gəlir. Hətta telefona gələn mesajı günlər sonra görürürəm. Lakin bilsəm kimsə bu halı davamlı şəkildə mənə qarşı edir, mən bunu yuxarı orqanlar qarşısında qaldırıb məsələnin həllinə çalışaram.
Bir məqamə deyim. Götürək Türkiyəni. Hökümət və parlament iç-içədir. Azərbaycanda bir qədər fərqlidir. Bizdə parlament qanun yaradıclığı ilə məşğuldur Məsələn vətəndaşın problemləri deputatın məşğul olacağı beş məsələdən biridir. Deputat həmin problemlərlə necə məşğul olur? Həmin problemləri aidiyyatı qurumlara çatdırır. Bu mənada deyərdim ki, bizim parlament çəkiyə, səlahiyyətə sahibdir. Xüsusən 6-cı çağırış deputatlar müharibə dövründə çox çevik davrandılar. Bununla yanaşı pandemiya dövründə çox çevik fəailiyyət göstərdik. Biz bir gündə onlarla xarici ölkəyə məktublar göndərdik. Düşünə bilərik ki, məktub yazmağa nə var. Amma bu belə deyil. Bunlar çox ciddi məsələdir. Bu mənada deyə bilərəm ki, Azərbaycanda ciddi parlamentalizm ənənəsi var. 
Bu gün media reket, söyüş qanadından ibrətdir. 

-Millət vəkili kimi lurnalist peşəsi sizə daha çox kömək edir, yoxsa hüquqşünas?
Mən jurnalistikada oxumuşam. O vaxtı bizdə Famil müəllim var idi. O biraz siyasətə qarışmış adam idi.  Mən onu böyük sevgi ilə xatırlayıram. O vaxtı Famil müəllim belə bir ifadə işlətmişdi ki, parlamentin beşiyində 3 insan olmalıdır. Jurnalist, hüquqşünas və iqtisadçı. Qismət elə gətirdi ki, mən jurnalistikanı oxudum, daha sonra hüquq fakultəsini bitirdim. Hazırda da hüquq fakultəsində elmi-pedeqoji fəaliyyətimi davam etdirirəm.  Bununla yanaşı həm də müəlliməm. Mənim hüquqşünas kimi biliklərim daha çox köməyimə çatır. Mən aktiv vəkiləm. Qeyri-rəsmi olaraq vətəndaşlara hüquqi məsləhətlər verirəm. Həmçinin öz deputat həmkarlarıma da bu sahədə kömək olmağa çalışıram.
-Mətbuatımızın səviyyəsindən və fəailiyyətindən razısınızmı?
Media cəmiyyətin aynasıdır. Media ilə düzgün münasibətlər qurmaq lazımdır. Hökm deyil ki, hər gün mediyaya çıxasan. Mənim jurnalistika təhsilim olduğu üçün məndən müsahibə götürərkən çalışıram ki, sinxron danışım ki, jurnalist gedib əziyyət çəkməsin. Bilirsiz hər gün müsahibə vermək, efirə çıxmaq olmaz. Bu adamın özünə də yaxşı deyil. 
O ki qaldı medianın vəziyyətinə. Azərbaycanda mediada infilyasiyası hökm sürür. Tam mənada infliyasiyadır. Hər bir saytı olan media kapitanıdır. Əlbəttə  bunların arasında yaxşıları da var.  Bu gün media reket, söyüş qanadından ibrətdir. Yəni medianın hazırki vəziyyəti məni qane etmir.
İnsanın müstəqil fikir olub-olmaması özündən asılıdır. Əgər insan maraqlıdırsa  istədiyinə nail olur. Düşünürəm ki, müstəqil fikirə malik olmamaq şəxsi keyfiyyətdir.  Müstəqil insanı əzib qeyri-müstəqil insan da çevirmək düzgün deyil. Belə çoxlu misalllar var. Medianın ictimai nəzarət funksiyası daşıması fikrinə gəldikdə isə bu həmişə məni təəcübləndirən və təəsüfləndirən bir məsələni çıxardır ortaya. Cənab prezidentin ictimai nəzarətlə bağlı çağırışı olub. Məsələn Biləsuvarda elə qruplar var ki, əllərinə telefon alıb ayrı-ayrı müəssilərə reket basqınları edirlər. Bu ictimai nəzarət deyil.  İctimai nəzarət pozulan hüquqların məhkəmə qarşısına çıxarılıb müzakirə edilməsidir. O cümlədən media ictimai nəzarət mexanizminə çox ciddi yanaşmalıdır. İctiami nəzarət hansısa icra başçısı torpaq satıb gedib onu çəkim gəlim deyil.  Bu məsələ konseptual məsələ olmalıdır. Burada konseptual yanaşma olmalıdır. İctimai nəzarət bir misalın üzərində qurulmamalıdır. Məsələn ictimia nəzarət olmalıdır ki, məhkəmə qərarlarının icrasına nə mane olur. İctimai nəzarət ona fokuslanmalıdır ki, alimentlər niyə verilmir. Bunun kökləri var. Nəzarət budur. Bu mənada mediadan gözləntilərim daha peşəkardır. Mən özüm sizin statuslarınızı televiziyalara nəzarətdə izləmişəm. Bax ictimai nəzarət budur. Əslində bütün qanunların kökü bir neçə məqama dayanır 

-Sonuncu sual. Necə fikirləşirsiniz Biləsuvar camaatı növbəti dəfə sizi millət vəkili kürsüsünə oturdacaq?
Düzü hələ bir ildir deputat seçilmişik. Qarşıda hələ 4 il var. Düşünürəm ki, rayonla bizim arasımda bir başa isti ünsiyyətlər var.  Düzdü müəyyən narazı qruplar var. Məsələn vətəndaş əlillə bağlı bizə müraciət edir, mən təyinatı olaraq ƏƏSMN-ə rəsmi məktub ünvanlayıram. Nazirlikdən məktuba cavab gecikdikdə artıq vətəndaş həmin qurumdan yox, deputatdan naraz qalır. Bundan başqa məsələn elə vətəndaşlarımız var ki, deyir niyə deputatımız Biləsuvarlı deyil? Amma yenə də biz bütün məsələlərə dözümlə, təmkinlə yanaşmalıyıq. Tənqiddən də nəsə öyrənmək lazmıdır. Gözləyək görək.
-Sağ olun!

visiontv.az