Makron Gürcüstanın ərazi bütövlüyünə dəstək bildirib
19.02.2019

Makron Gürcüstanın ərazi bütövlüyünə dəstək bildirib

Fransa prezidenti Emmanuel Makron Fransanın Avropa İttifaqı ilə daha yaxın əlaqələr qurmağa çalışan Gürcüstanın ərazi bütövlüyünə dəstəyini ifadə edib.

Makron Parisdə Fransada anadan olmuş və bir zamanlar Fransa diplomatı kimi çalışmış Gürcüstanın yeni seçilmiş prezidenti Salome Zurabişvili ilə görüşüb.

Visiontv.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, Makron Cənubi Osetiya və Abxaziya regionları ilə ölkənin digər ərazisi arasında sərhədlərin yaradılmasını qınayıb. Gürcüstan hər iki regiona nəzarəti 10 il əvvəl Rusiya ilə müharibədə itirib.

Makron bildirib ki, Fransa davamlı olaraq Rusiyanı 2008-ci il razılşamasının şərlərinə əməl etməyə çağırıb.

Salome Zurabişvili Fransaya dəstəyə görə təşəkkürünü bildirib. Gürcüstan prezidenti iki ölkə arasında daha yaxın iqtisadi, hərbi və mədəni əməkdaşlığa çağırıb.

Salome Zurabişvili 2018-ci ilin sonunda Gürcüstan prezidenti seçilib. Tənqidçilər onu rusiyayönümlü siyasi fiqur adlandırsa da, Salome Zurabişvili andilmə mərasimi zamanı etdiyi çıxışında Rusiyanın Abxaziya və Cənubi Osetiyadakı fəaliyyətini "işğal" adlandırıb. O həmçinin Rusiya ilə əməkdaşlıq üçün heç bir imkan görmədiyini və Qərblə yaxınlaşmaq siyasətini davam etdirəcəyini bəyan edib.