9.012.2019
Axtar
Gündəlik
alt

Mahnı ilə söyüş dəbdirmi?

Rüfət Axundov və Rəşad İlyasovun “Space”nin efirinə çıxmaması haqda qadağa qoyulub

Rüfət Axundov və Rəşad İlyasovun “Space”nin efirinə çıxmaması haqda qadağa qoyulub

Son dövrlər müğənnilərin və tanınmış adamların qeyri- etik davranışları gündəmdədi. Bunlardan ən bariz nümünə bildiyimiz söyüş üslubudur. Niyə və nə səbəbə bunlar edilir aydınlıq gətirə bilməsək də qeyd edək ki, anoloji hadisə “Space” telekanalının efirində də baş verib. 

“Space” telekanalının rəhbəri Vaqif Mustafayev efirdə ədəbsiz ifadələr işlətməyə şərait yaradanları işdən qovub.

Visiontv.az  xəbər verir ki, veriliş bitən kimi o “Hər səhər” verilişinin aparıcısı Anar Vaqifoğlu və səs rejissorunu vəzifəsindən azad edib. Həmçinin ədəbsiz ifadələri işlədən müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun “Space”nin efirinə çıxmaması haqda qadağa qoyulub.

Adıçəkilən müğənnilər ifa zamanı mikrafonun bağlı olduğunu zənn edərək mahnıya qeyri etik ifadələr əlavə edərək oxuyublar. Bunu isə bütün tamaşaçılar izləyib. Qarşı tərəf bunu təkzib etsə də, yayılan vidoematerial bunun əksini deyir. Qeyd edək ki,  Rüfət Axundov olan hadisə barədə video yayaraq bunun videomontaj olduğunu deyir.



 

Şərh