Lukaşenko Belarus iqtisadiyyatına dəyən üç zərbədən şikayətləndi
23.04.2020

Lukaşenko Belarus iqtisadiyyatına dəyən üç zərbədən şikayətləndi

Visiontv.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

"Bizim təhlükəsizlik yastığı olmayan kiçik iqtisadiyyatımız eyni anda üç zərbə aldı. İlin əvvəlində Belarus Rusiyadan neft məhdudiyyətlərini yaşadı. Ardınca iqtisadi əlaqələrdə fasilə yarandı və sərhədlər bağlandı, daha sonra koronavirusla mübarizə başladı", - deyə Aleksandr Lukaşenko bildirib.

Lukaşenko əlavə edib ki, mövcud şəraitdə nəyin bahasına olursa olsun, iqtisadi inkişafın əsas göstəricilərinə arxalanmaq və ayaqda durmaq lazımdır: “Hər halda insanların aparılan iqtisadi siyasətə və qiymət sabitliyinə inamını qorumaq lazımdır".

Qeyd edək ki, Belarus əksər ölkələrdən fərqli olaraq, koronavirus pandemiyası səbəbindən sərt karantin tədbirləri tətbiq etməyib. Lukaşenko qərarını iqtisadi səbəblərlə izah edib.