Lenin Baba kimi dəfn edənlərin Baba dərdi var-İdris Heydərli
02.06.2020

Bizim Lenini yazmaq istəyirəm, Sovetin, bolşeviklərin, rusun, inqilabın, partiyanın Lenini haqda yazılan yazılır, Bizim Lenin kim idi?

Bir azərbaycanlı Lenini necə tanıdı, necə özünkü etdi?
Nə filmlərimizdə, nə ədəbiyyatımızda, nə də siyasətimizdə "Bizim Lenin"yoxdur, O Leninlər ideoloji Leninlərdir, 

Həyatımızda isə başqa bir Lenin var idi,
Lenin baba!
Uşaqdan böyüyə hamı bu babanı tanıyardı, ona inanardı, ona sitayış edərdi,
Bu Baba Lenin ədalətin babası idi.
Movzoley və Lenin baba idarə edənlərin qorxulu yuxusu kimi yaşardı,
Kimsə kimsənin hakkın yeyə bilməzdi, kimsə kimsəyə zülm edə bilməzdi,
Dada yetişən tək Lenin baba olardı.
Movzoleyə Leninə yazılan məktublar, müraciətlər qalaq qalaq arxivləri Moskvada yaşadığım illərdə oxuyarkən
Dərdlərə axtarılan Çarə kimi "baxılsın", "ölçü götürülsün", "həll edilsin" dərkənarlara rast gəlirdim,
Dəfn edilməyən bir adamı ölüsünü dəfn edən bir cəmiyyət "görbagor" saymazdı,
İnanardı ki, O onun köməyinə gəlcək,
O da köməyə gəlirdi, həll edirdi, çarə olurdu.
Bizim Lenin "baba" idi.
Niyə dədə yox baba dedik?
Sözün kökünü araşdırmaq istəmirəm,
Bizim mədəniyyətin tanıtdığı Babanı isə tanıdım,
Bu Ad biloji bağ olaraq ata ananın babalarını ayırd etməkdir,
Ailə birliyinin işarələdiyi xüsusi statusdur,
Yeri isə mühümdür,
Mühakimə edilməz, sorğu suala çəkilməz,
İnanılar, ona qulaq asılar, onun dediklərini, törəsini pozmaq olmaz,
O həyat qurmanı, yaşamağı, bilmə dərsini verən və Ömrü ilə qazandığlarını miras verəndir.
O bir Həddir, hər şeyin həddini biləndir,
Sözü keçər, sözü kişiliyinin davamıdır.
Sözü keçən, sözü əmr olan Babaya inanan bir kimlik olaraq,

Önünə nə qoyursan qoy,
Şıx baba, Həzrət baba, Veys baba, Lenin baba
Baba dağ kimi babaların kişiliyin ucalığıdır,
Biz Leninə deyil, Babalığa inananlardıq,
Lenin kim olub, necə yaşayıb, nə yazıb,
Anlamayanlar olaraq yaşadıq sovetlərdə.
Bizlər lenini baba etdikdən sonra inananlar idik,
Leninçilərin Lenini bizim üçün Lenin Babanın Adının batması ilə öldü,
Bizim üçün Lenin deyil,
Baba Lenin öldü.
Tarixlə mübahisə etməyi sevmirəm,
Tarixi keçilənlər olaraq anlamağa çalışdım,
O Lenin rus üçün isə hələ də Vladimir İliçdir.

Visiontv.az