Lavrov Qarabağ münaqişəsinin mərhələli həllindən danışdı
21.04.2020

“BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri hərbi əməliyyatların qızğın vaxtlarında qəbul olunub və bu qətnamələrdə hərbi əməliyyatların tam dayandırılması və nizamlanmaya keçid əksini tapıb. Bəli, bu qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiq olunub. Lakin bu qətnamələrdə müharibənin dayandırılması və danışıqlara başlanılması tələb olunub”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Sergey Lavrov A. N. Qorçakov adına İctimai Diplomatiya Fondunun nümayəndələri ilə video-konfransda “Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Azərbaycan beynəlxalq ictimaiyyətdən BMT TŞ-nin qətnamələrinin icra edilməsi ilə bağlı əməli addımlar gözləyir" bəyanatı ilə çıxış edib. Sizcə, mövcud böhran şəraitində müvafiq beynəlxalq institutlar bu gözləntiləri doğrultmağa qadirdirmi" sualına cavabında deyib.

S.Lavrov qeyd edib ki, indiyə kimi dəfələrlə danışıqlar aparılıb:

“2001-ci ildə Ki Vest danışıqları aparılıb. Dağlıq Qarabağın iştirakı ilə və iştirakı olmadan razılaşdırılmış müxtəlif formatlarda danışıqlar olub. İndi isə Bakı ilə İrəvan arasında format mövcuddur. ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin iştirakı ilə... Bu, faydalı və yaxşı formatdır. Məhz bu formatda BMT TŞ-nin müharibənin dayandırılması və danışıqlara başlanılması həyata keçirilib. Madrid prinsipləri mövcuddur, Rusiya Federasiyası tərəfindən 2010-11-ci illərdə hazırlanan, Kazan sənədləri adlandırılan sənədlər var. Ötən ilin aprelində Rusiya, Azərbaycan, Ermənistan XİN başçılarının görüşündə həmsədrlərin iştirakı ilə hazırlanan layihə var. Bu layihə yayılıb və hazırda aktiv müzakirə olunur. Bu sənədlərdə münaqişənin mərhələli şəkildə həlli əksini tapıb. Birinci mərhələyə daha aktual problemlərin - Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad olunması və nəqliyyat, iqtisadiyyat və digər kommunikasiyaların blokadadan çıxarılması daxildir”.

S. Lavrov əmin olduğunu bildirib ki, bu sənədlərin imzalanmasına qərar verilməsi BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunmasında vacib addım olacaq:

“Hansı ki, bir daha təkrarlayıram, burada müharibənin dayandırılması və razılığa gəlməyə başlanılması tələb olunub. Razılığa gəlinməsinə başlanılıb, indi isə razılığa gəlmək lazımdır. Minsk Qrupunun həmsədrləri kimi məhz buna nail olmağa çalışırıq".