22.010.2020
Axtar
Ölkə
alt

Lavrov 5 rayon əvəzinə Qarabağa müstəqillik təklif edir-Məhəmməd Əsədullazadə

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Moskvada səfərdə olan Mili Məclisin sədri Sahibe Qafarova ilə görüşdə beş rayonun qaytarılmasını, kommunikasiyalarin açılması və sülh məramlı qüvvələrin yerləşdirilməsini qeyd etdi.

Sergey Lavrov bu açıqlaması ilə beş rayonun qaytarılması əvəzində Qarabağın statusunu və digər rayonların taleyini qeyd etmədi. Burada əsas plan beş rayon əvəzinə sülhməramlı qüvvələrin yerləşdirilməsi və Ermənistanla sərhədlərin açılmasıdır.

Bu planda Kəlbəcər, Laçın və Qarabağa toxunulmur. Rusiyanın sülhməramlı qüvvələri buraya yerləşdirilməsi bütövlükdə Qarabağın Azərbaycandan alınması deməkdir və Azərbaycan bununlada öz ərazi bütövlüyünü hərbi yolla həllini üzünə bağlayır.

Göründüyü kimi Sergey Lavrovun bu təklifləri Ermənistanın təklifləridi. Ermənistan 5 rayon əvəzinə Qarabağa müstəqillik tələb edir.
Azərbaycan XİN Rusiya Xarici işlər naziri Sergey Lavrovun bu bəyanatına cavab verməlidir və belə şərtlərin Azərbaycan üçün qəbul edilməz olduğunu vurğulamalıdır.

Göründüyü kimi Rusiyanin yanaşması budur və burada əsas məqsəd Qarabağ və iki rayonun Azərbaycandan qopardilmasi, Rusiya "sülhməramlı" qüvvələrinin yerləşdirilməsidir.

Azərbaycan qəti şəkildə ərazilərin qaytarılması şərti ilə Qarabağa ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyət verəcəyini bəyan edib.

Rusiyanın vasitəçi kimi təklif etdiyi şərtlər bizim əleyhimizədir və Azərbaycan hazırkı kursunu davam etdirib, əraziləri istənilən variantla geri almalıdır.

Qeyd edim ki, Rusiya bu təklifi Türkiyə ilə də müzakirə edəcək.

Şərh