Laçından çıxan ermənilər evləri dağıdır, meşələri yandırır - Leyla Abdullayeva
16.08.2022

Baxın, qanunsuz erməni sakinləri Laçın şəhərini, Zabux və Sus kəndlərini tərk edərkən ərazidə nə qalıb.

Visiontv.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın “Twitter“ paylaşımında qeyd olunub.

XİN rəsmisi ərazidən çıxan ermənilərin evləri dağıdaraq yandırdığını, bölgənin meşələrində yanğınlar törədildiyini və infrastuktur obyektlərinə ciddi zərər vurulduğunu bildirib.

“Ermənistan sülhə belə hazırlaşır”, - deyə diplomat sonda qeyd edib. O, paylaşımına Laçın, Zabux və Susda vandallıq faktlarını sübut edən fotogörüntülər də əlavə edib.

Leyla Abdullayeva: "Laçından çıxan ermənilər evləri dağıdır, meşələri yandırır"