Laçına alternativ inşa etdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik
Laçına alternativ inşa etdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik
18.08.2022 MEDİA Tərəfindən

Ermənistan hökuməti Azərbaycanla sərhəddə 3 nəzarət-buraxılış məntəqəsi açılması barədə layihə hazırlayıb.

Bunlar Kəlbəcər rayonu ilə sərhəddə “Zod”, Sədərək rayonu ilə sərhəddə “Arazəyən” və Qubadlı rayonu ilə sərhəddə “Eyvazlı” nəzarət-buraxılış məntəqələri olacaq. Layihəyə birini də əlavə etməli idilər, Laçına alternativ inşa etdiyimiz yolun sonunda da sərhəd məntəqəsi yaratmalarına ehtiyac var. Biz də bu məsələni gecikdirmədən ərazimizdən keçən, büdcəmiz hesabına tikdiyimiz yolun sonunda sərhəd və gömrük postu yerləşdirməliyik, əks halda separatçılar yeni yoldan da silah-sursat keçirmək üçün istifadə edəcək, xarici ölkələrin nümayəndələri qanunsuz olaraq Qarabağa keçəcəklər.

Elxan Şahinoğlu

visiontv.az