Kremlin Ermənistanı revanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq
Kremlin Ermənistanı revanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq
11.05.2022 Məhəmməd Əsədullazadə Tərəfindən

Ermənistanda parlament müxalifətinin etirazlarının davamı hakimiyyətin dəyişməsi ilə nəticələnməyəcək. Bu qrup, erməni diasporunun və xalqın dəstəyini almır və birbaşa Kremlin göstərişi ilə N. Paşinyana təzyiq etmək üçün həyata keçirilir. Etirazların arxasında olan R. Koçaryan və S. Sarkisyanın əsas hədəfi mövcud iqtidarı devirməkdir. Vaşinqtonun N. Paşinyana dəstək verməsi, Qarabağ klanının onların silahalı yolla hakimiyyəti devirməsinin qarşısını alır.

Kremlin Ermənistanı rəvanşistlərin əli ilə qarışdırmaq və sülhü pozmaq cəhdləri səmərəsiz olacaq.

Artıq Qarabağ separatçıları ilə N. Paşinyan arasında ciddi münaqişə yaşanır. Xankəndində silahlı şəxslərin ortaya çıxması və atəş açması məhz revanşistlərin vəziyyəti gərginləşdirməsidir. Bununla N. Paşinyana mesaj verməklə sülhə getməməyi təşviq edirlər. Revanşistlərin bu cəhdləri uğursuz olacağı şübhəsizdir.

Ermənistan hakimiyyəti konkret olaraq Azərbaycanla danışıqlarda separatçıların təkliflərini nəzərə almır və prosesi beynəlxalq hüquqa uyğun aparmağa çalışır. Qeyd edim ki, N. Paşinyan ABŞ başda olmaqla, Qərbdən Azərbaycanla normallaşma prosesini aparmaq üçün lazımi dəstəyi alır. N. Paşinyanın Avropaya səfəri məhz erməni diasporunun bununla bağlı dəstəyini də alması mümkündür. Çünki Azərbaycanla alternativ variant yoxdur.

Xankəndində revanşistlər sülhə mane olarsa, Azərbaycan anti-terror əməliyyatlarına start verə bilər. Prezident İlham Əliyevin prinsipial mövqeyi və açıqlamaları göstərir ki, Ermənistan üçün güzəşt limiti bitib.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə 

visiontv.az