Kreml İŞİD liderinin öldürülməsinə münasibət bildirib
28.10.2019

Kreml İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin öldürülməsinə münasibət bildirib.

Visiontv.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, İŞİD liderinin ölümü təsdiqini taparsa, bu zaman ABŞ Prezidenti Donald Trampın beynəlxalq terrorçuluqla mübarizəyə verdiyi ciddi töhfədən danışmaq olar.

"Öz-özlüyündə bu xəbər Rusiya hakimiyyətinin mənfi reaksiyasına səbəb ola bilməz. Həqiqətən də bizim hərbçilər həmin bölgədə Amerika təyyarələrini və pilotsuz uçuş aparatlarını görüblər”, - deyə Kremlin sözçüsü vurğulayıb.