Koronavirusun dünyada yayılmasının səngiyəcəyi VAXT açıqlandı
09.03.2020

Koronavirusun yayılması bütün dünyada iyuna qədər səngiyəcək.

Visiontv.az Day.Az-a istinadən bildirir ki, belə proqnozu Çinin səhiyyə məsələləri üzrə xüsusi ekspert dövlət komissiyasının başçısı Çjun Nanşan səsləndirib.

Son məlumata görə, 2019-cu ilin sonlarında Uxan şəhərində yayılmağa başlayan koronavirusdan Çində ölənlərin sayı 3119 nəfər olub.

Hazırda bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 100 mini, ölənlərin sayı isə 3 mini keçib.