Koronavirusla mübarizənin qəhrəmanları danışdılar: Beş həftədir uşaqlarmızı görə bilmirik
28.04.2020

COVID-19 virusuna qarşı ön cəbhədə qərarlaşan həkimlər və tibb bacılarının mübarizəsi davam edir.

Visiontv.az xəbər verir ki, Türkiyədə 5 həftədir evlərindən və uşaqlarından uzaq qalan tibb bacıları doğmalarının belə imtina etdiyi koronavirus xəstələri üçün əllərindən gələni edirlər.

47 gündür ki, dünya miqyasında koronavirus epidemiyasına qarşı mübarizə aparan tibb işçiləri xəstələrini sağaltmaq üçün həyatlarını belə riskə atıblar. Yoluxma sayının ən çox olduğu İstanbulda yüzlərlə xəstəni sağlamlığına qovuşduran və evlərinə göndərən Cerrahpaşa Tibb Məktəbinin məzunları olan tibb işçiləri bu mübarizədə böyük qəhrəmanlıq göstərirlər.

18 yaşlı tibb bacısı Yeliz Türkgenç: “Epidemiyadan əvvəl mən əməliyyat otağında tibb bacısı idim. 5 həftədən çoxdur, ancaq Covid-19 xəstələrinə baxıram. Bu xəstələr normal şərtlərdə olan xəstələr kimi deyil. Ehtiyat tədbirlərini görürük, amma onların dostu da, baxıcısı da, tibb bacısı da biz oluruq. Covid-19 xəstəsinə baxmaqdan heç vaxt yayınmırıq. Bundan qətiyyən qorxmuruq. Ailəmizdən ayrı qalmışıq, bu müddətdə ən böyük problem budur".

Yaşadıqlarını göz yaşları ilə danışan Türkgenç daha sonra bunları əlavə edib: “İşimizin yükü heç kimə təsir etmir. İş vaxtı bu mövzu açılmadığı təqdirdə yaxşı oluruq. Tək qalarkən isə psixologiyamız pozulur, sonra bura gələndə özümüzü ələ alıb işimizi davam etdiririk.

Hər gün eyni gödəkçə və ayaqqabıları geyinirəm. İş qurtaranda çirkli formaları evə aparıram və təmizləri ilə işə gəlirəm. Evə gedəndə ilk işimiz paltaryuyanın qarşısında dayanmaq və iynədən ipə qədər hər şeyi çıxarıb maşına atmaqdır. Evin içində hərəkət etməmişdən əvvəl duş qəbul edir, ayaqqabı və gödəkçəni eyvanda saxlayıram".

Xəstəxananın Tibb Bacısı Xidmətləri Bölməsinin müdiri və 25 illik tibb bacısı təcrübəsi olan Selma Kaçar deyib ki, 400 tibb bacısı koronavirus xəstələrinə hər gün xidmət göstərir: "Virusa yoluxan xəstələr halsız olurlar, şiddətli ağrı səbəbindən yataqdan qalxa bilmirlər. İştahları olmur, yemək yeyə bilmirlər. Bizim işimiz burada başlayır.

40 yaşında olan daun sindromlu bir xəstə virus səbəbilə xəstəxanaya gətirilmişdi. O, bacısı ilə xəstəxanaya üz tutmuşdu. Testin cavabları müsbət çıxdıqda xəstəxanaya yerləşdirilmə prosedurları həyata keçirildi. Bacısı uşaqları olduğunu bildirdi və xəstə ilə qalmaqdan imtina etdi. Bütün tibb bacıları ona tənha qalmasını hiss etdirmədilər və xəstənin qayğısına qaldılar. Xəstə 1 həftə reanimasiya şöbəsində müalicə aldıqdan sonra palataya köçürüldü".

Cərrahiyyə Korpusunda 25 illik tibb bacısı stajı olan Zuhal Narin qeyd edib ki, Covid-19-a görə açılan korpusdan sonra xidməti başlayıb: “İş təcrübəmdə, əlbəttə, təcrid olunan xəstələr var idi. Ancaq indi bütün xəstələr təcrid olunublar. Buna görə daha çox diqqət tələb olunur".

Xroniki xəstəliyi olan anası ilə birgə yaşayan Narin bildirib ki, mümkün qədər anasından uzaq durur: "Evə gedəndə əl-üzümü yuyuram. Əşyalarımı qapının girişinə qoyuram. Riski bir yolla minimuma endirməyə çalışıram. Covid-19-a yoluxan tibb bacısından biri xəstəxanaya yerləşdiriləndan 9 gün sonra ağlaya-ağlaya xilas olmaq istədiyini deyirdi. Mən o anı heç vaxt unuda bilmirəm. Xəstəliyə yoluxmuş tibb işçisi 5 günlük müalicədən sonra testlər mənfi olarsa, bir müddət evdə istirahət etdikdən sonra vəzifələrinə qayıdırlar".

Xəstəxanada 12 illik iş stajı Ömer Kök isə bunları eyib: "Bazar günü bir dostum koronavirusdan analiz verdi və mən də bundan sonra analiz vermək istədim. Tomoqrafiya təmiz idi, amma axşam 12-də mənə zəng etdilər. Dedilər ki, bazar ertəsi işə gəlmə, birbaşa klinikaya yollan. Testin cavabı müsbət çıxsa da, amma heç bir simptom yox idi. 1 həftə xəstəxanada qaldım. Sağaldıqdan sonra işimə qayıtdım. Virusa yoluxandan bu yana evə getmirəm. Xəstəxananın lojasında qalıram. Mənim əlil uşağım var və ona nəsə olacağından qorxuram".

17 illik tibb bacısı stajı olan Perihan Yaman da koronavirus dönəmində mövcud vəziyyətdən danışıb: “Urologiya endoskopiya əməliyyat otağında işləyirdim, indi Covid korpusuna keçmişəm. Aslıhan və Mehmet adlı əkizlərim var. Uşaqlar həyat yoldaşımla nənələrinin yanına gediblər, mən öz evimdə qalıram. Bu müddətin nə vaxt bitəcəyini bilməmək və nə vaxt gələcəksən suallarına cavab verə bilməmək insanı narahat edir. Hər kəsin evdə qalmasını istəyirik. Özünüzü düşünmürsünüzsə, bizi düşünün. Bizim ailəmizə qovuşmağımız sizin evdə qalmağınıza bağlıdır".

BAKU.WS