Koronavirusla mübarizənin daha ÇƏTİN MƏRHƏLƏSİ başlayır - Prezident xalqa MÜRACİƏT ETDİ
08.04.2020

İranda aprelin 11-dən yeni tip koronavirusla mübarizənin ikinci mərhələsi başlayacaq.

VisionTV.az   Publika.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Həsən Ruhani danışıb.

Paytaxt Tehranda təşkil olunan Nazirlər Kabinetinin toplantısında çıxış edən Ruhani şənbə günü bəzi müəssisələrin işə başlayacağını, bununla da ikinci mərhələnin start götürəcəyini deyib.

O bildirib ki, ikinci mərhələ əvvəlkindən daha çətin olacaq: "Xalqa pandemiyaya görə evdən çıxmayın demək və xalqın evdən çıxmaması hökumətin edəcəyi ən asan işdir. Ancaq bu, mümkün deyil. Bəzi vətəndaşlar istehsalın davamlılığı üçün bayıra çıxmalıdır. Korona ilə mübarizə üçün çörəyə, elektrikə, qaza ehtiyac var. Xalqın əməkdaşlığına indi daha çox ehtiyacımız var. Əvvəlki mübarizəmiz evdə qalmaq idi. İndi isə iqtisadi fəaliyyətləri davam etdirmək üçün mübarizə aparacağıq".