Koronavirusla bağlı SON VƏZİYYƏT
04.07.2022

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 17 yeni yoluxma faktı qeydə alınıb, 11 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Visiontv.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 388 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 453 nəfər müalicə olunaraq sağalıb, 9 717 nəfər vəfat edib, aktiv xəstə sayı 218 nəfərdir.

Ölkədə son sutka ərzində 1 574, hazırkı dövrədək isə 6 972 527 test aparılıb.