Koronavirusla bağlı problemlər dərinləşsə, karantin uzadılacaq - RƏSMİ
08.05.2020

“Xüsusi karantin rejimi və koronavirusun bitməsi vətəndaşlardan da asılıdır”.

Visiontv.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, vətəndaşlar dövlət tərəfindən tövsiyə olunan xüsusi karantinlə bağlı mübarizə tədbirlərinə ciddi əməl etsələr, inanıram ki, bu xəstəliyin qısa zamanda bitəcəyinin şahidi olacağıq”.

“Əhali sosial məsafəyə, tibbi maskaların taxılması kimi qaydalara əməl etməsə, bu problem daha da uzanacaq və dərinləşəcək. Dövlət məcburiyyət qarşısında qalıb daha ciddi xüsusi karantin rejimi tətbiq edəcək. Bu da arzuolunan hal deyil”, - deyə o qeyd edib.