Koronavirusa görə 260 məhkum şərti azadlığa buraxılıb
30.04.2020

“Koronavirusla bağlı penitensiar müəssisələr gücləndirilmiş iş rejiminə keçib, vətəndaşlarla görüşlər dayandırılıb, məhkumlar tibbi avadanlıqlarla təmin olunub. Bütün bunlar infeksiyanın qarşısının alınmasına yönəlib”.

Visiontv.az APA-ya istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin onlayn mətbuat konfransında nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı əfv Sərəncamı ilə virusa yoluxma riski olan 65 yaşdan yuxarı 176 məhkum azadlığa buraxılıb:

“Humanizm siyasətinin təzahürü olaraq 260 məhkum vaxtından əvvəl şərti azadlığa buraxılıb”.