Koronavirus marketlərdə BELƏ YAYILIR DİQQƏTLİ OLUN - VİDEO
11.04.2020

Finlyandiya alimləri koronavirusun və digər virusların marketlərdə necə yayıldığını əks etdirən 3D simulyasiya hazırlayıblar.

VisionTV.az-ın  BiG.AZ-a istinadən verdiyi xəbərə görə, videoda öskürən xəstənin ağzından çıxan virusların market dəhlizlərində tez bir zamanda yayıldığı göstərilir.

Tədqiqat Aalto Universiteti, VTT Texniki Tədqiqat Mərkəzi və Finlandiya Meteoroloji İnstitutu tərəfindən aparılıb.

Finlandiya Sağlamlıq və Rifah İnstitutunun baş mütəxəssisi Cassi Sane tədqiqatı dəyərli adlandırıb və insanları özlərini yaxşı hiss etmədikləri halda evdə qalmağa və özlərini təcrid etməyə çağırıb.

O, bir daha vurğulayıb ki. öskürərkən ağızı tutmaq və əl gigiyenasına əhəmiyyət vermək lazımdır.