Koronavirus Fransa çempionatına 243 milyon avro ziyan vurub
01.05.2020

Fransanın "Canal+" televiziyası ölkə çempionatının rəsmi yayımı ilə əlaqədar Futbol Federasiyası ilə bağlanan müqaviləyə xitam verib.

Visiontv.az xəbər verir ki, müqavilədə nəzərdə tutulmuş bütün ödənişlər isə dayandırılıb.

"L'Equipe" rəsmi məlumat yayıb ki, Fransa Futbol Federasiyası kanalların canlı yayımları dayandırması ucbatından 243 milyon avro ziyan görəcək.

Xatırladaq ki, Fransa çempionatı koronavirus pandemiyası səbəbindən vaxtından əvvəl başa çatıb və PSG "Liqa 1"-in qalibi elan olunub.