Koronavirus bu tayfaları Yer üzündən silə bilər - TƏHLÜKƏ
17.04.2020

Cənubi Amerikada koronavirus bütöv tayfaların məhvinə səbəb ola bilər.

Visiontv.az modern.az-a istinadən xəbər verir ki, Amazon çayının sahilində yaşayan hindu tafyaları virus tərəfindən kütləvi məhv edilə bilər.

Bütün Braziliyada meşələrdə 800 mindən çox yerli hindu tayfalarının nümayəndələri yaşayır. Onlardan 9 nəfər virusa yoluxub. 15 yaşlı Reebe kəndinin sakini olan yeniyetmə hindu bu virusdan ölüb.

Hinduların əksəriyyəti Braziliya və Venesuelanın dağlıq və meşəlik ərazilərində ayrıca yaşasalar da, bölgədə qızıl və s. dəyərli metallar çıxarmaq istəyən şəxslər COVİD-19-u bölgəyə daxil edə bilər.

“Hazırda heç şübhəsiz ki, yanomama tayfasının ərazisində çalışan 20 min əcnəbi işçi virusa səbəb ola bilər”- deyə Braziliya Sosial-İqtisadi İnstitutunun nümayəndələri söyləyir.

Virusla bağlı hindu tayfalarının səhhəti ilə bağlı narahatlıq təkcə bu tayfaların sosial distansiyaya riayət etməmək ənənəsi ilə deyil, həm də aşağı səhiyyə sistemi ilə bağlıdır. Amazon hövzəsindəki Rorayma ştatında yeganə xəstəxana 20 çarpayılıqdır və qonşu Amazonas ştatında isə belə çarpayıların 90%-i dolub.

Daim izolyasiyada yaşadıqları üçün hindu tayfalarının immuniteti müasir xəstəlik və infeksiyalar qarşısında çox zəifdir.

Braziliyada yerli xalqlardan koronavirusa ilk yoluxan kokama tayfasının nümayəndəsi olub. 20 yaşlı qadının COVİD-19 testi pozitiv çıxdıqdan sonra daha 27 kənd sakini karantinə alınıb. Amerikalı turistlərlə ünsiyyətdə olan marubo tayfasında isə virus əlamətləri tapılmayıb.