Kiyev məhkəməsi Yanukoviçin həbsinə icazə verib
Kiyev məhkəməsi Yanukoviçin həbsinə icazə verib
20.05.2022 MEDİA Tərəfindən

Kiyevin Peçerski Rayon Məhkəməsi Ukraynanın eks-prezidenti Viktor Yanukoviçin dövlət sərhədindən qeyri-qanuni keçməsinə görə həbs edilməsi barədə qərar çıxarıb. Bu barədə Baş Prokurorluq Telegram kanalda məlumat yayıb.

Departament Yanukoviçin adını çəkmir, amma işin başlandığı tarixdən və şəraitdən aydın olur ki, o, sual altındadır.

“Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə Kiyevin Peçerski Rayon Məhkəməsi şəxslərin dövlət sərhəddini qanunsuz keçirilməsini təşkil etməkdə şübhəli bilinən Ukraynanın keçmiş prezidenti barəsində həbs-qətimkan tədbiri seçib".

Prokurorluğun məlumatına görə, 2014-cü il fevralın 23-də Ukraynanın eks-prezidenti Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları və Rusiya Federasiyasının nümayəndələri ilə birlikdə Rusiya silahlı qüvvələrinə məxsus 3 helikopterlə dövlət sərhədini qanunsuz keçərək, Donetsk vilayətinin Urzuf kəndinə, ordanda Rusiya Federasiyasının Krasnodar diyarının Anapa şəhərinə gediblər.

İbtidai istintaqı Dövlət İstintaq Bürosunun müstəntiqləri aparır.

visiontv.az