24.010.2019
Axtar
Gündəlik
alt

Kimlərə oruc tutmaq olmaz və hansı xəstəlikərdə oruc tutmaq faydalıdır?

Orucluqdan sonra xəstəxanalara xroniki xəstəlikləri ağırlaşanlar çox müraciət edir...

Bilirik ki, bu  ayda oruc tutmaq istəyənlərin heç də hamısının sağlıq durumu buna imkan vermir. Bir çox insan həkim və din alimlərinin qadağalarını qulaqardına vurub, dini borcunu yerinə yetirməyə cəhd edir. Ona görə orucluqdan sonra xəstəxanalara xroniki xəstəlikləri ağırlaşanlar çox müraciət edir, təcili yardım isə gecə vəziyyəti ağırlaşan xəstələrin çağırışına gedir. Bəs kimlərə oruc tutmaq olmaz?

-Aşağı təzyiq və yuxarı təzyiqi olanlar
-Qanazlığı, anemiyası olanlar
-I tip diabetli xəstələr 
-Mədə-bağırsaq xorası olanlar, qastrit, 12barmaq bağırsaq xorasından əziyyət çəkənlər
-Ürəyin və beynin işemik xəstəliyi olanlar, nə vaxtsa infarkt və insult keçirmiş şəxslər
-Onkoloji xəstələr
-Mədə-bağırsaq qanaması olanlar, kolit, kron xəstələri
-Ağır qan xəstəliyi olanlar
-Hamilə və südverən qadınlar
-Zob xəstələri

Bu hallarla yanaşı bəzi xəstəliklərə də orucluğun faydası hədsizdir:

Belə ki, bir qrup həkim şəkəri insulinlə bərpa edən, səhər və axşam insulindən istifadə edən diabet xəstələrinə orucu məqbul sayır. Çünki pəhriz, müəyyən qidalardan uzaq olmaq bu xəstələrə vacibdir.

Hepatit xəstəliyi olanların da qaraciyəri aclıq və dinclikdən fayda görəcək.
Mədəaltı vəzi də bərpa olmaq üçün acqalmanı sevir.

Bəzi xəstəlikləri yüngül formada olan, dərman qəbul etməyən insanlar qidaları elə seçməlidirlər ki, günboyu fəsadını yaşamasınlar.

Məsələn yüksək təzyiqi olanlar şəkər, şirniyyat, duz, yağlı yeməklər yeməsə, təzyiqi aşağı olanlar isə əksinə, təzyiqi qaldıran qəhvə, şokolad, şirniyyat, tutumlu yeməklər yesə, günboyu özlərini normal hiss edəcək

Orucluq əsasən aşırı piylənmədən əziyyət çəkənlər üçün faydalıdır.
Eləcə də sinir, əsəb pozğunluğu, nevrozlar, xroniki yorğunluq, müəyyən göz xəstəlikləri  üçün oruc tutmaq  faydalıdır.

Yaxşı olar ki, oruc tutmazdan öncə səhhətinizlə bağlı şübhəniz varsa, kiçik bir tibbi müayinədən keçib, həkim tövsiyyəsi ilə Ramazana başlayasınız.
 

Şərh