Kərəc su anbarının qurumasından sonra bəndin yatağında 74 insan cəsədi aşkar edilib
13.11.2025

Bununla bağlı əyalətin "Spidar" qəzeti məlumat yayıb.

Məlumata görə, kimliyi naməlum meyitlərin çoxunun əl və ayaqları bağlı olub.

"Cəsədlər əsasən əlləri və ayaqları ilə bağlanmış, sellofon, xalça və ya kovralitə bürünmüş şəkildə bənddə atılıb. İndiyə qədər məhkəmə və təhlükəsizlik orqanları onların şəxsiyyəti və ölüm səbəbləri barədə məlumat verməyib",- məlumatda bildirilib.

Məlumat dərc olunandan bir neçə saat sonra qəzetin saytından slinib.

Bunun Təhlükəsizlik və Ədliyyə Nazirliklərinin təzyiqi nəticəsində baş verdiyi deyilir.

Qeyd edək ki, ötən illərdəki etiraz aksiyalarında onlarla şəxs itkin düşüb və dövlət qurumları onların barəsində araşdırma aparmaq, məlumat verməkdən imtina edib.

Kərəcin su anbarında aşkarlanan meyitlərin təhlükəsizlik qüvvələrinin öldürdüyü və itkin düşdükləri elan edilən şəxslər olduğu ehtimal olunur.

visiontv.az