Kəmaləddin Heydərov 51 yaşlı generalı vəzifəsindən çıxardı
10.12.2019

Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Visiontv.az unikal.org-a istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.