Kəlbəcərdə frontal yükləyici aşıb, sürücü ölüb
23.11.2022

Noyabr ayının 18-də Kəlbəcər rayon Bağlıpəyə kəndi ərazisində Bakı şəhər sakini, 1972-ci təvəllüdlü Tağıyev Fariz Rəhim oğlu idarə etdiyi frontal yükləyicinin idarəetməni itirərək aşması nəticəsində dünyasını dəyişib.

Visiontv.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Qeyd olunub ki, faktla bağlı Kəlbəcər rayon Polis Şöbəsində araşdırmalar aparılır.