Keçmiş icra başçısının qohumu qəza törətdi, 3 nəfər öldü
11.04.2020

Şabranda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası baş verib.

Visiontv.az "report"a istinadən xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Şabranda baş verən ağır yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu və Babayev Elnur Azad oğlu ölüb.

Qaraqaşlı kəndində qeydə alınan qəza zamanı digər rayon sakinləri - İsmayıl Zəkiyev, Babayev Cəlal Azad oğlu, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Şabran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, ağır yaralanan Cəlal Azad oğlu Babayev də ölüb.

O, H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.

Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.

Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.

Faktla bağlı araşdırma aparılır.