Kəbənin üzərindəki qara örtük harada və necə hazırlanır?
01.11.2021

Kəbə evinin üzərindəki ipək örtük “kisvə” adlanır. Bəzi mənbələrə görə, Kəbəni parça ilə örtmüş ilk şəxs Həzrət İsmayıl Peyğəmbər (ə), digər məlumatlara görə V əsrdə yaşamış Yəmən hökmdarı olmuşdur. 

İslamdan əvvəl, eləcə də, İslamın ilk dövrlərində hər il həcc mövsümündə Kəbənin üzərinə təzə kisvə örtülürdü. Əvvəlki örtük isə zaman keçdikcə cırılıb yerə düşürdü. Üst-üstə atılmış örtüklər Kəbənin damına ağırlıq etdiyi üçün hər il köhnə kisvəni çıxarmağa başladılar. Əvvəllər kisvəni Misirdə tikib gətirirdilər. 

Son zamanlar Ərəbistanın özündə xüsusi fabrik bu işlə məşğul olur. Kisvə qara ipəkdəndir, üzərinə qızıl saplarla Quran ayələri və naxışlar tikilir. Kisvənin ümumi ağırlığı 550 kiloqrama yaxındır, onun hazırlanmasında 120 kiloqram qızıl sapdan istifadə edilir.

Hər il köhnə kisvəni kiçik hissələrə bölüb, xüsusi hörmətli qonaqlara hədiyyə edirlər.

İslam.az