Kart sayına görə,bazarın lideriyik - Mastercard-ın Azərbaycan üzrə rəhbəri
03.03.2021

Kart sayına görə, bazarın lideriyik Visiontv.az xəbər verir ki, bunu "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib. O bildirib ki, ölkə üzrə "Mastercard"-a aid göstəriciləri açıqlamağımız qadağandır.Ona görə ki, biz Nyu York birjasına üzvük. Əslində ölkə üzrə çox göstəriciləri açıqlaya bilmirik.

Bununla yanaşı Erdem Çakar qeyd edib ki, 2020-ci ilin sonunda 9,2 milyon kart istifadəçi var. Rahat şəkildə deyə bilərik ki, burda biz kart sayına görə bazarın lideriyik. Kartlarımız bazarın lideridir. 

O eyni zamanda "Azərbaycanda nağdsız ödəniş bazarı 36% artıb. Mastercard-da bazarla paralel şəkildə böyüyür"-deyə vurğulayıb.