Karantin zamanı necə qidalanmaq lazımdır? - TÖVSİYƏ
28.04.2020

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası dövründə qidalanmaqla bağlı tövsiyələr verib.

Visiontv.az xəbər verir ki, tövsiyələr təşkilatın rəsmi saytında dərc edilib.

Mütəxəssislər pandemiya dövründə aşağıdakılarıa əməl etməyi vacib sayırlar:

1) Həddindən artıq məhsul almayın: mağazalarda yalnız gərəkli şeyləri alın. Bu, məhsulların qiymət artımından, çox yemədən, qidaların zibilə atılmasından, məhsul çatışmazlığından qaçmağa yardım edəcək.

2) Məhsulların istifadə müddətini unutmayın: ən birinci tez xarab olanları istehlak edin.

3) Ev xörəkləri bişirin (ÜST bununla bağlı reseptlər də təqdim edir).

4) Məhsulların evə çatdırılması xidmətindən istifadə edin.

5) Məhsulun çatdırılması və daşınması zamanı qidanın temperatur rejiminə riayət etmək vacibdir (5 dərəcədən az, 60 dərəcədən çox).

6) Çox yeməkdən qaçmaq üçün porsiyaların ölçülərini düzgün təyin edin.

7) Məhsulların təhlükəsiz saxlanması qaydalarını gözləmək əsas şərtlərdən biridir. Bura əlləri, mətbəxi və məhsulları təmiz saxlamaq, qidaları 5 dərəcədən az və ya 60 dərəcədən çox temperaturda qorumaq daxildir.

8) Duzdan istifadəni məhdudlaşdırın (ÜST gündəlik 5 qramdan az tövsiyə edir).

9) Şəkər istehlakını normada saxlayın (ÜST insanın istehlak etdiyi enerjinin yalnız 5%-nin sərbəst şəkərlərin (su və ya yeməyə qatıla bilən) payına (təqriban 6 çay qaşığı) düşməsini tövsiyə edir.

10) Ümumilikdə istehlak edilən enerjidəki yağın faizini 30-dan aşağı salınması tövsiyə edilir.

11) Bol sellüloz istehlak etmək vacibdir. Mütəxəssislər rasiona tərəvəz, meyvə, paxla və kəpək qida məhsullarını daxil etməyi tövsiyə edir. Kəpək məhsullarına yulaf, kinoa, qəhvəyi düyü, sərt buğda növündən hazırlanan makaron məmulatları və kəpəkli çörəklər aiddir.

12) Yetərincə maye qəbul edin, ancaq böyük miqdarda tünd çay və tünd qəhvə istehlakı arzuolunan deyil. Bura xüsusilə kofeindən ibarət olan sərinləşdirici və energetik içkilər daxildir.

13) Alkoqol istehlakından çəkinin.

14) Bütöv ailə şəklində masa arxasında oturun. Bu, valideynlərə uşaqlarına düzgün qidalanmanın örnəyini göstərməyə imkan verəcək, həmçinin ailə bağlarını bərkidəcək.

15) Təzə və dondurulmuş meyvə və tərəvəz, qurudulmuş və konservləşdirilmiş paxla, kəpəkli məhsul, quru meyvə, qoz və ləpələr, yumurta, konservləşdirilmiş tərəvəz və balıq, aşağı yağlı süd istehlak edin. 

Report