İT sahəsi ən mobil və demokratik sahələrdən biridir
İT sahəsi ən mobil və demokratik sahələrdən biridir
24.01.2023 MEDİA Tərəfindən

Texnologiyalar və onların inkişafına qoyulan investisiyalar biznesin və dövlətin iqtisadi inkişafının ən mühüm hissəsidir. IT sahəsi ən mobil və demokratik sahələrdən biridir. İT mütəxəssisləri hər zaman qlobal düşünməyə çalışıblar. İnformasiya Texnologiyaları sahəsi indi çətin dövrlərdən keçir, lakin yenədə inkişaf etməyə davam edir. Buna canlı nümunə kimi Microsoft şirkətinin sonuncu VALL-E süni intellekt sistemini göstərmək olar.

Microsoft tərəfindən 60 min saatlıq ingilis nitq məlumatı ilə öyrədilmiş VALL-E süni intellekt sistemi müəyyən səsləri 3 saniyə dinləyə, bu səsləri istədiyiniz mətnləri oxuya, orijinal danışanın demədiyi ifadələri belə söyləyə bilir. Hətta emosiyaları və intonasiyaları belə eyni şəkildə canlandırmağa malikdir.VALL-E və bu sistemə bənzər süni intellket sistemləri getdikçə daha real və təsir edici olur. Lakin VALL-E qorxulu tərəflərinidə vurqulamaq lazımdır. Məsələn vəzifəli və ya tanınmış şəxslərin  səslərini pis niyyətli şəxslər təqlid edə bilər, bununlada təhlükəsizlik tədbirləri pozula bilər. Məsələn, səsli yoxlama ilə işləyən zəng mərkəzləri  bəzi bank sistemləri, kassalar və s..

VALL-E sistem hələki aktiv şəkildə  ümumi istifadəyə verilmədiyi üçün qorxmağa ehtiyyac yoxdur.Sonda qeyd etmək istərdim ki, VALL-E sistemi haqqında ilk dəfə 27 iyun 2008-ci ildə ABŞ-da söz açılıb. Beləki 2008-ci ildə Pixar Animation Studios tərəfindən istehsal edilmiş və Walt Disney Pictures tərəfindən buraxılmış kompüter animasiyalı elmi fantastika filmi tamaşıçıların qarşısına çıxarılmışdır. Kifayət qədər baxış sayı qazanan animasiya filminin sujeti 2805-ci ildə baş verəcək hadisələri əhatə edir. Filmin əsas personajı elə İnformasiya Texnologiyalarının icadı olan süni intellekt ilə proqramlaşdırılmış robotdur. Animasiya fillmi olmasına baxmıyaraq yaş məhdudiyyəti olmadan maraqla izlənilən bir filmə çevrilmişdir.  Filmin adından məlumdur ki artıq o zamanlardan ABŞ-da VALL-E sisteminin binövrəsi qoyulmuşdur. Bu tip layihələrin sürətlə inkişaf etməsi süni intellektin gələcəkdə həyatımızın ayrılmaz hissəsi olacağına işarədir.

Bəzi İT mütəxəssisləri süni intellektin insan həyatına təhlükəli olduğuna dair fikirlər səsləndirirlər, lakin süni intellekt ilə idarə olunan bütün sistemlər insan məntiqini tətbiq edir. Ümumi olaraq Süni intellekt sahəsində aparılan tədqiqatlar kompüter elmləri, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimizasiya, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanır.

Səkinə İlqarqızı

Visiontv.az