İsveçrə vətəndaşları dünən keçirilən referendumda demək olar, bütün ictimai yerlərdə üz nahiyəsini gizlədən baş geyimlərindən istifadədən qadağan olunması haqqında təklifi dəstəkləyiblər. Rəsmi məlumata əsasən, bu təklifə seçicilərin 51,2%-i səs verib.
Qadağa xüsusi halda müsəlman qadınların üzü tamamilə gizlədən baş geyimlərinə aiddir.
İsveçrə KİV-i qeyd edib ki, ölkədə təxminən 400 min müsəlman yaşayır. Onların əksəriyyəti bu baş geyimlərindən istifadə etmir.