İstənilən müharibə danışıqlarla başa çatır: Amma bu danışıqların moderatoru Zelenski olacaq
İstənilən müharibə danışıqlarla başa çatır: Amma bu danışıqların moderatoru Zelenski olacaq
17.05.2022 MEDİA Tərəfindən

Rusiya ilə danışıqların dayandırılmasına baxmayaraq, müharibə yenə də danışıqlar masasında həll olunacaq. Və prosesə Ukrayna prezidenti Vladimir Zelenski moderatorluq edəcək.

Bu barədə prezidentin aparatının rəhbərinin müşaviri Mixail Podolyak televiziyay açıqlamaslnda deyib: "Aydındır ki, indi danışıqlar prosesi  dayandırılıb, çünki İstanbul kommünikesindən sonra irəliyə doğru ciddi irəliləyiş yoxdur. Rusiya Federasiyası hələ də öz stereotip düşüncəsində qalır. Amma istənilən müharibə yenə də danışıqlar masası arxasında bitəcək. Və mənə elə gəlir ki, cənab Zelenski bu prosesə moderatorluq edəcək”.

Xatırladaq ki, bu gün Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Ukraynanın danışıqlar prosesindən çıxdığını bildirib. Onun sözlərinə görə, bu gün danışıqlar heç bir formada aparılmır.

Ukrayna Prezidenti Vladimir Zelenskinin dediyi kimi, danışıqlar üçün ilk addımı məhz Rusiya atmalı, xüsusən də qoşunlarını 24 fevral 2022-ci il tarixində olan mövqelərə çıxarmalıdır.

Aytən Əlizidə

visiontv.az