İstanbulda mafiyaların böyük "müharibəsi" - Azərbaycanlılar həbs olundu
31.01.2020

İstanbuldakı müxtəlif cinayətlərdə iştirak etdiyi və Rusiya ilə əlaqəsi olduğu təyin olunan cinayətkar dəstəyə qarşı əməliyyat keçirilib.

Visiontv.az cnnturk-ə istinadla xəbər verir ki, əməliyyatda 16 şübhəli şəxs tutulub. 

Əməliyyatlarda saxlanılan 16 şübhəlidən 1-i Rusiya, 3-ü Ukrayna, 4-ü Gürcüstan və 8-i Azərbaycan vətəndaşıdır.

Saxlanılan şəxslərdən çox sayda silah-sursat aşkarlanıb.

Onlar başqa bir cinayətkar dəstəyə qarşı silahlı hücuma hazırlaşırmış.