İstanbulda fabrik yanır 5 nəfər zəhərlənib - YENİLƏNİB - FOTO
18.03.2019

İstanbulda fabrik yanır 5 nəfər zəhərlənib - YENİLƏNİB - FOTO

İstanbulda kimyəvi məhsulların istehsal olunduğu fabrikdə baş vermiş yanğın nəticəsində ən azı 5 nəfər zəhərlənib.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, yanğını söndürmək hələ mümkün olmayıb. Əraziyə digər rayonlardan da yanğınsöndürmə bölmələri cəlb olunub.

Yanğının səbəbi hələ məlum deyil.

----------
12:33

Türkiyənin İstanbul şəhərində üçmərtəbəli fabrik yanır.

Visiontv.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Arnavutköy rayonunda qeydə alınıb.

Əraziyə çox sayda yanğındsöndürən və tibbi yardım briqadaları cəlb olunub.

Yanğın zamanı partlayış səslərinin də eşidildiyi bildirilir.

Yanğının səbəbi hələ məlum deyil.