İrəvan minalanmış sahələrin xəritələrini Bakıya verməkdən hələ də imtina edir - İqor Korotçenko
06.05.2021

Ağdam şəhəri erməni ordusunun 30 ilə yaxın işğalından sonra tamamilə dağıdılıb. Visiontv.az xəbər verir ki, bunu Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko özünün “Telegram” kanalında yazıb. “Ətrafda minalar var. Əgər onları aşkar edirlərsə, belə işarələrlə nişanlayırlar. Bir metr irəli getdinsə, partlayış təmin olunub. İrəvan minalanmış sahələrin xəritələrini Bakıya verməkdən hələ də imtina edir”, - deyə ekspert qeyd edib.