İranın təhlükəli oyunu: "Qüdsə gedən yol, Bakıdan keçir"
İranın təhlükəli oyunu: "Qüdsə gedən yol, Bakıdan keçir"
29.11.2022 MEDİA Tərəfindən

İranın molla rejimi İraqla müharibədən əvvəl ölkə daxilində "Qüdsə yol Kərbaladan keçir" şüarını səsləndirirdi. Bu dəfə isə, "Qüdsə gedən yol, Bakıdan keçir" şüarını səsləndirirlər.

Bu, Tehranın müharibə planının göstəricisidir. Qüdsü götürmək üçün Bakıdan başlamaq deməkdir!

35 il sonra ilk dəfə bu cür şüar səsləndirən İran ordusundakı qoca generalların ruhunu oyatmağa çalışırsa çox böyük səhv edir. Hücum olarsa, bu, rejimin süqutu ilə nəticələnəcək.

Ümumilikdə isə, bu hadisə bir daha onu sübut edir ki, geosiyasi amillər daima bəzi dövlətlər arasında müharibə versiyasını aktual edəcək.

Politoloq Zaur Məmmədov

visiontv.az