İranın ölkəmizdə casus şəbəkəsinə qarşı əməliyyatlar davam etməlidir
İranın ölkəmizdə casus şəbəkəsinə qarşı əməliyyatlar davam etməlidir
01.02.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

İranın agentura şəbəkəsinə qarşı Azərbaycanın təhlükəsizlik orqanlarının əməliyyat keçirərək 39 nəfəri həbs etməsi göstərir ki, Tehran rejimi informasiya məkanında uzun illər mövqelərini möhkəmləndirib. Bununla da Azərbaycana qarşı idioloji və siyasi işlər apararaq ölkəmizin informasiya məkanında müəyyən təzyiq rıçaqlarına malik olub.

Qeyd edim ki, inter.az televiziyasının fəaliyyətinə xitam verilməsi üçün bir ay bundan əvvəl yazmışdım. Çünki, bu televiziya və saytların fəaliyyəti İranın rəsmi və hərbi şəxslərin çıxışları və məzhəb təbliğatı Azərbaycanda müəyyən bir şəbəkə formalaşması ilə nəticələnib. Həbs edilənlərin fəaliyyət sahəsinə baxdıqda bunlar potensial olaraq vətəndaşlarla işləyib və İranın siyasi mövqeyi ilə üst -üstə geniş təbliğatla məşğul olublar.

İranın burada casus şəbəkəsi 30 ildir ki, fəaliyyət göstərir və Tehran rejimi məhz indiki dönəmdə onların ölkəmizə qarşı fəaliyyətə keçməsi üçün təlimatlar vermişdi. Bundan sonra da bu kimi əməliyyatlar keçirilməli və İranın Qum şəhərinə dini təhsil almağa gedən Azərbaycan vətəndaşları ciddi nəzarətdə saxlanılmalıdır.

politoloq Məhəmməd Əsədullazadə

visiontv.az