İranın hərbi sursat zavoduna hücumda ABŞ-ın iştirakı üzə çıxıb
29.01.2023

İranın İsfahan şəhərində sursat fabrikinin anbarına hücumda ABŞ və başqa bir ölkənin əli olub.

Visiontv.az Apa - ya istinadən xəbər verir ki, bu barədə bu gün Al Arabiya mənbələrə istinadən xəbər verir.

Telekanalın məlumatına görə, hücumun hədəfi ballistik raketlərin olduğu anbar olub.

İsrailin bu əməliyyatda iştirak etmədiyi qeyd edilir.

Qeyd edək ki, İranda hərbi anbarın pilotsuz təyyarələrin hücumuna məruz qaldığı məlum olub. Hücum nəticəsində itki olmayıb. Pilotsuz təyyarələrdən biri hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, ikisi isə müdafiə qurğularına dəyib və partlayıb.