İranın Azərbaycandakı səfiri Tehranda erməni kilsəsində
İranın Azərbaycandakı səfiri Tehranda erməni kilsəsində
05.01.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

İran Azərbaycandaki səfirini məsləhətləşmək üçün Tehrana çağırıb. Bu, İranın Azərbaycanla münasibətlərində ciddi böhranın olduğunu göstərir. Bu böhran birbaşa Tehran tərəfindən qaynaqlanır.

Azərbaycanın İsraildə səfirlik açması və Avrasiya regionunda İsrail diplomatlarının Bakıda konfrans keçirilməsi qərarından sonra Tehran səfərini geri çağırdı. Bunu səssiz etsə də birbaşa ölkəmizə qarşı yeni planlar hazırlanır.

Cavab olaraq Azərbaycan da öz səfirini məsləhətləşmək üçün Tehrandan geri çağırmalidır. İranın Azərbaycandakı səfəri Abbas Musəvi Tehranda erməni kilsəsinin təşkil etdiyi tədbirə qatılıb və birgə tort kəsiblər. Bu,Tehranın Azərbaycana qarşı düşmənlə bir mesajıdır. Səfirin Tehranın təlimatı olmasa belə bir tədbirə qatıla bilməzdi.

Rəsmi Bakı Abbas Musəvini səfir olaraq qəbul etməməlidir. Göründüyü kimi, İran bütün diplomatik nəzakət qaydalarını kobud şəkildə pozur. İran Azərbaycan əlaqələrinin normallaşmasına gəldikdə, bu yaxın perspektivdə mümkün olmayacaq. Güney Azərbaycan məsələsi İran və Azərbaycan arasında başlıca problemə çevrilib.

siyasi şərhçi Məhəmməd Əsədullazadə

visiontv.az