"İrandakı terror aktı ilə bağlı kiberhücumlara qarşı ciddi tədbirlər görülməlidir"
07.02.2023

"İran İslam Respublikasında Azərbaycan səfirliyinə edilən terror aktı bunu deməyə əsas verir ki, hazırda informasiya təhlükəsizliyinin qorunması və kiberhücumlardan müdafiə edilməsi sahəsində ciddi tədbirlər görülməlidir".

Visiontv.az Bakutv -yə istinadən xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisinin müavini general-mayor Allahverən İsmayılov jurnalistlər açıqlaması zamanı deyib.

O qeyd edib ki, hazırda dünyada gedən ictimai-siyasi proseslərə baxsaq informasiyanın artıq ən böyük təhdidə çevrildiyini görərik:

"Biz informasiya təhlükəsizliyinin qorunması və kiberhücumlardan müdafiə edilməsi sahəsində olan boşluqlar üzərində araşdırma aparmalıyıq".

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.