İranda səfirliyimizə hücumun arxasında Tehran rejimi-SEPAH dayanır
İranda səfirliyimizə hücumun arxasında Tehran rejimi-SEPAH dayanır
27.01.2023 Məhəmməd Əsədullazadə Tərəfindən

İranda səfirliyimizə hücumun arxasında İran dövləti -SEPAH durub. Bu, Azərbaycana qarşı düşmən siyasətin bariz nümunəsidir. Son günlər İran XİN rəhbəri və diplomatları guya Azərbaycanla əlaqələri normallaşdırmağa çalışırdı.

Bilirdim  İran tərəfi bu addımlarında səmimi deyil. Bu kontekstdə açıqlama vermişdim. Azərbaycan İranda diplomatik korpusu bağlamalı, Azərbaycandakı İran səfiri ölkədən çıxarılması üçün 48 saat vaxt verilməlidir.

İran dövləti səfirliyimizə hücum etməklə ölkəmizə mesaj verir. Yəni, Azərbaycana qarşı hərbi təhdidlər edə bilərik. Bu hücumlar Böyük Britaniya, Fransa və ardınca İranda baş verməsi təbii ki, erməni- fars birliyinin bariz nümunəsidir.

İran Azərbaycan əlaqələrinin normallaşması mümkün deyil. Azərbaycanın Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar Tehran rejimi tərəfindən qəbul edilmir. Bu silahlı hücum İranın Azərbaycana qarşı apardığı hibrid müharibənin tərkib hissəsidir. Azərbaycan İranla diplomatik əlaqələri dayandırsın  və İrana qarşı sanksiyalara qoşularaq SEPAH terrorçu təşkilat kimi tanımalıdır.
İranda hakimiyyətdə olan mühafizəkarlar  Azərbaycana qarşı düşmən siyasət ortaya qoyub və rejim dəyişməyincə Tehranla münasibətlər normallaşması gözlənilmir.

Tehran Bakıda edə bilmədiyini Tehranda etdi. Bu, İranın terror dövləti olduğunun göstəricisidir. Heç bir üçüncü qüvvə burada rolu  yoxdur. Birbaşa Tehran rejimi tərəfindən planlaşdırılıb.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə

Visiontv.az