İُranda həbs edilən britaniyalı cütlüyün kimliyi açıqlandı
17.02.2025

Bir müddət əvvəl İranın Kirman əyalətində həbs edilən britaniyalı cütlüyün kimliyi məlum olub.

Bu barədə insan haqları təşkilatları məhbusların ailələrinə istinadən məlumat yayıb.

Məlumata görə, İran təhlükəsizlik məmurlarının həbs etdiyi şəxslər Krig və Lindsi Formen cütlüyüdür.

Ailələr yaxınlarının İrandakı vəziyyətindən nigəran olduqlarını və onların ölkəyə qaytarılması üçün rəsmi Londonla əlaqədə olduqlarını bildiriblər.

Qeyd edək ki, motosikletlə dünya turuna çıxan Krig və Lindsi Formen İranın Kirman əyalətindən keçdikləri vaxt saxlanılıblar.

İran mediası adı çəkilən şəxslərin təhlükəsizlik məsələri ilə bağlı həbs edildiklərini iddia edib.

Fevralın 12-də Britaniyanın İrandakı səfiri Hoqo Şorter Kirman şəhərinin Ümumi və İnqilab Məhkəməsində məhbuslarla görüşüb.

Qərb siyasətçilərinin fikrincə İran hökuməti xarici, xüsusən Qərb ölkələrinin vətəndaşlarını casusluq ittihamı ilə həbs edərək siyasi danışıqlarda tələblərini əldə etmək üçün onlardan girov kimi istifadə edir.

visiontv.az