Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, Çinin Uhan şəhərində yaranan və sürətlə dünyaya yayılan koronavirus pandemiyasına 200-dən çox ölkədə rast gəlinib və bu günə kimi 48 mindən çox insan virusdan həyatını itirib.
Visiontv.az xəbər verir ki, Azərbaycanda bu virus daşıyıcılarının ümumi sayı 400 nəfər təşkil edib.
Koronavirusla bağlı ən qorxulu vəziyyət isə qonşu İranda müşahidə olunur. İranda COVID-2019 virusuna yoluxanların sayı 50 min nəfəri keçib.
Digər qonşu ölkələrdən Türkiyədə 15 min 679, Rusiyada 3,548, Ermənistanda 663, Qazaxıstanda 402, Gürcüstanda isə 130 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
ÖLKƏLƏR | YOLUXANLAR | ÖLƏNLƏR | SAĞALANLAR |
Azərbaycan | 400 | 5 | 26 |
İran | 50,468 | 3,160 | 16,711 |
Türkiyə | 15,679 | 277 | 33 |
Rusiya | 3,548 | 30 | 235 |
Ermənistan | 663 | 4 | 33 |
Qazaxıstan | 402 | 3 | 27 |
Gürcüstan | 130 | 26 |
Koronavirusdan qorunmaq və xəstəliyin yayılmasının qarşısını bu yolla almaq olar: Hər kəs üçün fərdi qorunma qaydaları - aşağıdakı qaydalara riayət etməklə sağlamlığınızı və başqalarının sağlamlığını qoruya bilərsiniz.
Koronavirus əlamətləri hiss etdikdə bunu MÜTLƏQ EDİN
Azərbaycanda koronavirusa yoluxan şəxs ilk olaraq təcili yardımın 103 xidmətinə zəng etməlidir. Daha sonra ev daxilindədirsə, ayrıca otağa keçib ailə üzvlərini yaxına qoymamalı, ağzına maska və ya sadəcə dəsmal bağlamalı, əgər çölə çıxa bilirsə, açıq havaya və geniş sahəyə çıxaraq təcili yardımı gözləməlidir. Təcili yardım onu Bakıda koronavirus müalicəsi üçün ayrılmış xüsusi klinikalara transfer edəcək, həmin yerdə lazımi analizlər aparılacaq. Cavablar neqativ çıxsa da, yəni sizdə koronavirus aşkarlanmasa da, 7 gün karantin müddətində həkim nəzarətində qalmalısınız.
BAKU.WS