İranda bir qrup vəzifəli şəxs həbs olunub
13.11.2019

İranın Daşınmaz Əmlak və Sənədləşdirmə Agentliyinin bir qrup əməkdaşı həbs olunub.

Visiontv.az-ın Tehran bürosunun məlumatına görə, Agentlik əməkdaşlarına böyük məbləğdə rüşvət alma, özəl və dövlət əmlakını saxta sənədlərlə mənimsəmə və vəzifələrindən sui-istifadə ittihamları irəli sürülüb. 

Hələlik həbs olunanların şəxsiyyəti və sayı açıqlanmayıb.

APA