İran İnsan Haqları Təşkilatı: İran son bir ayda 13-ü Əfqanıstan vətəndaşı olmaqla 166 nəfəri edam edib
Bu barədə Norveçdə yerləşən İran İnsan Haqları Təşkilatı hesabat yayıb.
Bu hesabata görə, 2024-cü ilin əvvəlindən oktyabr ayına qədər İranda 49 Əfqanıstan vətəndaşı edam edilib.
Talibanın mətbuat katibinin müavini Həmdullah Fitrət Əfqanıstan Milli Televiziyasına bildirib ki, İrandan Əfqanıstana 4 mindən çox məhbusu köçürülüb.
visiontv.az